AZ

Card to card edənlərin nəzərinə Bu şəxslər siyahıya alınır

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycanda "Card to card" əməliyyatlarının həcmi kəskin artıb və bu proses artıq ciddi nəzarət mexanizmlərinin hədəfinə çevrilib. Bir gün ərzində eyni karta müxtəlif şəxslər tərəfindən çoxsaylı kiçik məbləğlərin köçürülməsi banklar və müvafiq dövlət qurumları üçün şübhəli siqnal hesab olunur.Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov dünənki mətbuat konfransında deyib. O bildirib ki, gün ərzində bir hesaba 10, 50, 100 və ya 200 manat məbləğində çoxsaylı mədaxillər olduqda banklar həmin əməliyyatları təhlil edir. Qanunvericiliyə uyğun olaraq, şübhəli məqamlar aşkarlandıqda məlumatlar Maliyyə Monitorinqi Xidmətinə ötürülür. Əgər xidmət bu əməliyyatlarda vergidən yayınma halları müəyyən edərsə, məsələyə Dövlət Vergi Xidməti müdaxilə edir.Taleh Kazımov vurğulayıb ki, fərdi şəxslərin bank məlumatlarına həddindən artıq çıxış imkanının yaradılması bank sektoruna olan inamı azalda bilər. Buna baxmayaraq, debet kartların sahibkarlıq fəaliyyəti üçün istifadə edilməsi suallar doğurur. Onun sözlərinə görə, qanunla sahibkarların bank məlumatları ayda bir dəfə vergi orqanlarına təqdim edilir. Lakin VÖEN-ə bağlı olmayan kartlara gündə onlarla köçürmənin edilməsi ciddi şübhə doğuran məqamdır.Mərkəzi Bankın sədri əlavə edib ki, qanunvericilik fərdi məlumatları qorusa da, şübhəli əməliyyatların mənbəyi mütləq araşdırılmalıdır. Çünki bu cür köçürmələr təkcə vergidən yayınma deyil, həm də dələduzluq və çirkli pulların yuyulması risklərini daşıyır. Mənbəyi məlum olmayan və mütəmadi xarakter daşıyan vəsaitlər Maliyyə Monitorinqi Xidməti tərəfindən daim izlənilir.Yəni, şəxsi bank kartınızdan kommersiya məqsədilə istifadə edirsinizsə və ora gün ərzində tanımadığınız çox sayda adamdan pul gəlirsə, bu, vergi və monitorinq xidmətlərinin diqqətini çəkə bilər.Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
demokrat.az

1Mənbələr