AZ

Azərbaycan şairin tərcümeyi halında həmişə xüsusi yer tutub Oljas Süleymenovun köməkçisi

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

2026-cı il dünya ədəbiyyatı üçün xüsusi bir ildir. Qazaxıstan və bütün türk dünyasınln görkəmli nümayəndəsi, böyük şair, "Nevada-Semipalatinsk" antinüvə hərəkatının rəhbəri Oljas Süleymenovun 90 illik yubileyini böyük təntənə ilə qeyd olunacaq.

Oljas Süleymenov Azərbaycan üçün sadəcə böyük bir qələm sahibi deyil, həm də xalqımızın ən ağır sınaq anlarında mənəvi sipərə çevrilən həqiqi bir qardaşdır. 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı, informasiya blokadasının hökm sürdüyü bir vaxtda, o, Moskvada öz səsi və nüfuzu ilə Bakıdakı faciəyə ilk etiraz edənlərdən biri olub, Azərbaycan xalqının haqlı davasını dünyaya çatdırıb.

Ümummilli lider Heydər Əliyev Oljas Süleymenovu yüksək qiymətləndirərək deyib: “Siz təkcə qazax xalqının deyil, bütün türk dünyasının qürurusunuz".

Ulu Öndər onun həm yaradıcılığını, həm də türk birliyi yolundakı fəaliyyətini hər zaman ön plana çəkib.

Prezident İlham Əliyev Oljas Süleymenovu Azərbaycanın ali dövlət mükafatları ilə təltif edərkən onu “Azərbaycanın böyük dostu və xalqımızın yaxın qardaşı” adlandırıb. Dövlətimiz tərəfindən ona verilən “Dostluq” və “Şərəf” ordenləri, onun həm Qarabağ həqiqətlərinin yayılmasında, həm də mədəniyyətlərin yaxınlaşmasındakı misilsiz xidmətlərinin rəsmi təsdiqidir.

May ayında böyük mütəfəkkir və şairin yubiley tədbirlərində Azərbaycanın nümayəndə heyətinin iştirakı gözlənilir.

Oljas Süleymenovun köməkçisi, Dünya Mədəniyyətlərinin Yaxınlaşması Mərkəzinin direktor müavini İqor Krupko “Telesəhər”ə eksklüziv açıqlama verib:"2026-cı ildə bütün dünya böyük şair və mütəfəkkir Oljas Süleymenovun 90 illik yubileyi qeyd olunur. “Dağların əzəmətini azaltmadan çölü vəsf etmək” kimi öz proqram prinsiplərinə sadiq qalan Oljas Ömər oğlu digər xalqlar və sivilizasiyalarla dialoqa girərək bir daha türk xalqlarının ləyaqətini bir daha təsdiqləmişdir. 26 may 2026-cı ildə YUNESKO-nun egidası altında Dünya Mədəniyyətlərinin Yaxınlaşması Mərkəzi Bulat Utemuratov Fondunun dəstəyi ilə VII Beynəlxalq Avrasiya Mədəniyyətlərinin Yaxınlaşması Forumunu təşkil edəcəkdir. Mövzu Oljas Süleymenovun 90 iliiyi ilə bağlı olub “Öz yurdunun səfiri” adlanır.

Biz çox şadıq ki, bu tədbirdə ən çoxsaylı nümayəndə heyətlərindən biri bizim hamımız üçün əziz Azərbaycandan olacaqdır. Azərbaycan şairin tərcümeyi-halında həmişə xüsusi yer tutmuşdur. Şairin ürəyi həm çətin günlərdə, həm zəfər günlərində Azərbaycanla bir yerdə olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Oljas Süleymenovla bağlı yarım əsr əvvəl dediyi sözləri, türk xalqlarının tarixini araşdırmağa davam etmək tövsiyyəsi onun öz fəaliyyətini əminliyini və inamını artırmış, yeni-yeni biliklərin əldə olunmasına kömək etmişdir".

Redaktor.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
1
redaktor.az

2Mənbələr