AZ

Gəncədə yeniyetmə yaşıdı tərəfindən BIÇAQLANDI YENİLƏNİB

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Gəncədə bıçaqlanan yeniyetmənin vəziyyəti məlum olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, may ayının 7-də saat 01:00-da 2011-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Sağ biləyin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda vurğulanıb.

***09:39

Gəncədə yeniyetmə bıçaqlanıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, şəhərin Məshəti qəsəbəsində 2012-ci il təvəllüdlü şəxs bıçaq xəsarəti alıb.

O, xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, yeniyetmə yaşıdı tərəfindən bıçaqlanıb.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
avtosfer.az

1Mənbələr