AZ

Sumqayıt və Hacıqabulda qaz olmayacaq

Sabah Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

"Yeni Sabah" xəbər verir ki, saat 10:00-dan işlər yekunlaşanadək Kotec qəsəbəsi, 26-cı məhəllə, Kimyaçılar qəsəbəsi, Xəzər bağları və Bulvar ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Sabah həm də Hacıqabul rayonunun 7 kəndində (Cəngən, Şorbaçı, Tava, Tağlı, Paşalı-1, Paşalı-2 və Qubalı) qaz olmayacaq. Dominos pizza


Telegram kanalımız
Seçilən
38
3
yenisabah.az

10Mənbələr