AZ

Xüsusi hərbi əməliyyatın qara dərili iştirakçısı Belqorodda deputat olmaq istəyir

Xüsusi hərbi əməliyyatın qara dərili iştirakçısı Manuel Nelson Tomaş Belqorodda deputat olmaq istəyindədi.

Herbiand.az bildirir ki, bu, onun Belqorod vilayətinin paytaxt şurasının deputatı vəzifəsinə ilkin səsvermə üçün seçici vəsiqəsindən irəli gəlir.

Səsvermənin veb saytında Manuel Nelsonun Anqolanın Lobito şəhərində anadan olduğu və orta məktəbi bitirdikdən sonra tibb təhsili almaq üçün Rusiyaya getdiyi bildirilir. O, cərrah olub, Belarusda əlavə təhsil aldıqdan sonra isə ürək cərrahı ixtisasına yiyələnib. Manuel 16 ildən çoxdur ki, sərhəd bölgəsində yaşayır. 2024-cü ildə hərbi həkim kimi xüsusi əməliyyatda iştirak etmək üçün müqavilə imzalayıb və artıq təxminən 8000 əməliyyat keçirib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
22
herbiand.az

1Mənbələr