AZ

Ordunun durumu partiya sədrini şoka salıb: Məxfi hesabatı görəndən sonra

Polşanın ifrat sağçı “Konfederasiya” partiyasının lideri Slavomir Mentzen Ali Nəzarət Palatasının (VKP) məxfi hesabatı ilə tanış olduqdan sonra ölkənin Silahlı Qüvvələrinin vəziyyətindən şoka düşdüyünü bildirib.

Publika.az xəbər verir ki, siyasətçi bu barədə RMF24 radiosuna açıqlama verib. Qeyd edib ki, hesabat Polşa ordusunun ciddi problemlərlə üzləşdiyini bir daha təsdiqləyib.

“Bu hesabatı oxuduqdan sonra şok keçirdim”, - deyə Mentzen bildirib.

Onun sözlərinə görə, Polşa hökuməti böyük məbləğlər xərcləsə də, real nəticə əldə edilmir. O, ABŞ-dan alınması planlaşdırılan hərbi texnika üçün 150 milyard zloti (təxminən 69 milyard 700 milyon manat) vəsait ayrıldığını, lakin həmin silahların yalnız bir neçə ildən sonra - “bəlkə də ümumiyyətlə gəlməyəcəyini” vurğulayıb.

Mentzen həmçinin Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Veslav Kukula barədə sərt ifadələr işlədib: “Onun hətta kapral olmaq üçün belə səriştəsi yoxdur”.

Seçilən
18
publika.az

1Mənbələr