Commercial Resupply Services 34 (CRS-34) missiyası üçün növbəti Dragon yük kosmik gəmisinin 12 mayda Beynəlxalq kosmik stansiyaya göndərilməsi planlaşdırılır.
Herbiand.az bildirir ki, bu barədə NASA məlumat verib.
Əgər buraxılış planlaşdırıldığı kimi davam etsə, Dragon 14 mayda stansiyanın ABŞ seqmentinin Harmony modulu ilə birləşəcək. Kosmik gəmi stansiyaya təxminən üç ton yük çatdıracaq.
Dragon iyulun ortalarına qədər orda qalacaq və bundan sonra Yerə qayıdacaq.
Bəxtiyar CƏFƏRLİ