Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Yanacaq idxalının perspektivləri müzakirə edilib
Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) Türkmənistan və Ermənistan xarici işlər nazirlərinin müavinləri arasında keçirilən görüşlə bağlı açıqlama yayıb. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, görüşdə Ermənistanın Türkmənistandan yanacaq idxalının perspektivləri müzakirə olunub.
Məlumatda qeyd edilib:: "Ermənistan Respublikasının xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan İrəvan Dialoqu beynəlxalq konfransında iştirak etmək üçün Ermənistana gələn Türkmənistan xarici işlər nazirinin müavini Əhməd Qurbanovla görüşüb. Görüş zamanı tərəflər qarşıdan gələn tədbirlər və qarşılıqlı səfərlər daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı, eləcə də çoxtərəfli platformalarda əməkdaşlıq məsələlərini müzakirə ediblər. Tərəflər həmçinin Ermənistan və Azərbaycan arasında mövcud sülh şəraitində yaranan imkanları, o cümlədən Türkmənistandan Ermənistana yanacaq idxalının perspektivlərini müzakirə ediblər".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.