Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakıda gecə saatlarında küçənin ortasında yaşanan insident məhkəmə zalında yekunlaşıb. Sevgilisinə əl qaldıran gənc oğlanın aqibəti bəlli olub.Demokrat.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. 29 yaşlı Vüsal sevgi münasibətində olduğu Zərrinlə (adlar şərtidir) gecə saatlarında küçədə qarşılaşıb. Qadının evə gec qayıtması və müxtəlif yerlərdə əylənməsi tərəflər arasında ciddi mübahisəyə zəmin yaradıb.Gənc oğlan iradlarını bildirərkən qarşı tərəfin işlətdiyi nalayiq ifadələr vəziyyəti daha da gərginləşdirib. Hirsinə hakim ola bilməyən Vüsal qisas almaq niyyəti ilə qadının baş nahiyəsinə yumruq zərbələri endirib.Faktla bağlı dərhal araşdırmalara başlanılıb və Vüsala qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülüb. Lakin məhkəmə prosesi gözlənilməz sonluqla bitib. Məlum olub ki, tərəflər artıq barışıblar. Zərərçəkən qadın şikayətindən imtina etdiyi üçün Nizami Rayon Məhkəməsi cinayət işinə xitam verilməsi barədə qərar çıxarıb. Beləliklə, təqsirləndirilən şəxs məsuliyyətdən azad edilib.Yəni, sevgilisini döydüyü üçün məhkəmə qarşısına çıxarılan şəxs qarşı tərəflə barışdığına görə cəza almadan azadlığa buraxılıb.Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.