AZ

Sürücülər bu küçədə maşın sürə bilmirlər-FOTOLAR

Nizami rayonu ərazisində bir neçə küçə yararsız vəziyyətdədir.

Musavat.com-a müraciət edən sürücülər bildiriblər ki, bir müddət əvvələ qədər yollar normal vəziyyətdə idi. Lakin bəzi küçələr aparılan təmir işlərindən sonra ərazidə çuxurlar əmələ gəlib. Bir neçə küçədə hərəkət çətinləşib. Sürücülər bildirirlər ki, nahamar yollar avtomobillərə də ciddi zərər vurur. Ötən ay ardıcıl yağan yağış isə vəziyyəti daha da çətinləşdirib.

Musavat.com-un əməkdaşı şikayətlə bağlı ərazidə araşdırma aparıb. Fotolardan göründüyü kimi, yollar həqiqətən yaxşı vəziyyətdə deyil.

Şikayətlə bağlı Nizami rayon İcra Hakimiyyətinə (RİH) müraciət etdik.

RİH-dən sorğumuza cavab olaraq bildirildi ki, ərazidə təmir işləri aparılır:
“”Azəriqaz" İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsi tərəfindən Qara Qarayev prospekti 79 və Rüstəm Rüstəmov küçəsi 56 ünvanlarından keçməklə Elşən Süleymanov küçəsi 112 ünvanınadək olan yeraltı qaz kəmərində əsaslı təmir işləri aparılır. Bu səbəbdən ərazidə asfalt örtüyünün bir hissəsi sökülüb. Təmir işləri yekunlaşdıqdan sonra asfalt örtüyünün bərpası müvafiq qurum tərəfindən təmin ediləcək”.

Nigar Həsənli
Fotolar müəllifindir
Musavat.com

Seçilən
2
musavat.com

1Mənbələr