AZ

Yaxın zamanda bu peşələr sıradan çıxacaq, insanlar işsiz qalacaq İLGİNC SƏBƏB KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Süni intellekt texnologiyalarının sürətlə inkişafı dünyada əmək bazarı ilə bağlı yeni müzakirələr yaradıb. Bir çox ölkələrdə artıq avtomatlaşdırmanın bəzi peşələri sıradan çıxaracağı, nəticədə isə işsizliyə qarşı universal gəlir və sosial müavinət mexanizmlərinin tətbiqinin vacibliyi gündəmə gəlir. Azərbaycanda da bu məsələ aktuallaşır: süni intellekt səbəbindən iş yerlərinin azalması fonunda dövlət tərəfindən işsizlərə universal gəlir və ya əlavə müavinət verilməsi tətbiq olunmalıdırmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, ilk növbədə əmək münasibətlərində ciddi islahatlara ehtiyac var:

“Əmək Məcəlləsində sərt islahatlar və iş yerlərində ciddi yoxlamalar aparılmalıdır. Yeni sahibkar işçini istədiyi kimi çalışdırıb birbaşa işdən çıxara bilməz. Təbii ki, işçinin Əmək Müfəttişliyinə və məhkəməyə müraciət hüququ var. Amma işçi belə hallarla qarşılaşdıqda zaman itirməməlidir. O, yeni iş axtarsın, yoxsa dövlət qurumlarını və məhkəmələri gəzərək haqqını müdafiə etsin? Bu məsələ ciddi problem olaraq qalır.

Süni intellekt 100 faiz insan əməyini əvəz etmir. Müəyyən qədər yenə də insan əməyinə ehtiyac var. Əgər vətəndaş süni intellekt səbəbindən işdən çıxarılırsa, ona birdəfəlik kompensasiyanın verilməsi daha məqsədəuyğun hesab oluna bilər.

Bu halda işçilər tamamilə əmək bazarından kənarda qalmayacaq, yarımştat və ya saatlıq əməkhaqqı sistemi ilə fəaliyyətlərini davam etdirə biləcəklər”.

Günay Hüseynova əlavə edib ki, doğum səviyyəsinin aşağı olduğu ölkələrdə süni intellektin geniş yayılması sosial və iqtisadi problemləri daha da dərinləşdirə bilər.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
konkret.az

2Mənbələr