AZ

Azərbaycan San-Marino ilə bərpa olunan enerji sahəsində əməkdaşlığı müzakirə edib





Azərbaycan və San-Marino arasında təbii qaz və bərpa olunan enerji sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Newscenter az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, nazir San-Marinonun maliyyə və büdcə, nəqliyyat və energetika naziri Marko Qatti və əmək, iqtisadi proqramlaşdırma, Dövlət Xidmətləri Muxtar Qurumu ilə əlaqələr, ekoloji keçid və texnoloji innovasiya naziri Alessandro Bevitori ilə görüşüb.

Görüşdə enerji təhlükəsizliyi, yaşıl keçid və qarşılıqlı faydalı tərəfdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, iki ölkə arasında yüksək siyasi səviyyəli münasibətlərin enerji sahəsində əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaratdığı qeyd olunub.

Bildirilib ki, Azərbaycan 20 ölkəyə neft, 16 ölkəyə isə təbii qaz ixrac edərək etibarlı enerji tərəfdaşı kimi çıxış edir. Bununla yanaşı, ölkəmiz genişmiqyaslı bərpa olunan enerji layihələrini həyata keçirir və Avropaya uzanan "yaşıl enerji dəhlizləri"nin yaradılması istiqamətində mühüm infrastruktur təşəbbüslərini həyata keçirir.

Söhbət zamanı San-Marinonun enerji tələbatının təminatı ilə bağlı mövcud vəziyyət nəzərdən keçirilib. Təbii qaz təchizatı, bərpa olunan enerji və yaşıl keçid istiqamətlərində potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin San-Marino tərəfinin "Bakı Enerji Həftəsi" çərçivəsində keçiriləcək tədbirlərdə iştirakı məsələsinə də toxunulub.

Süleyman
Seçilən
8
2
newscenter.az

10Mənbələr