AZ

Türkiyədə 77 tələbə qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib » AzadMedia.az


Türkiyənin Çorum vilayətinin Sunqurlu rayonunda tələbə qızların yataqxanasında qalan 77 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə "Haber Global" məlumat yayıb.

Qeyd olunub ki, müayinələrdən sonra tələbələrdən 35-i ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Digər tələbələrin müalicəsinin davam etdiyi və səhhətlərinin yaxşı olduğu bildirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Seçilən
11
14
azadmedia.az

10Mənbələr