AZ

"Quzghun", "Qırghı" və "Qırghı-S" ilk dəfə "SAHA 2026"da - FOTO

Azərbaycanın zərbə dronları İstanbulda “SAHA 2026” Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində nümayiş olunur.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, bunlar Azərbaycanın “RD Smart” şirkətinin istehsal etdiyi “Quzghun”, “Qırghı” və “Qırghı-S” dronlarıdır.
“Quzghun” zərbə dronu həm kəşfiyyat aparır, həm də optik yaxınlaşdırma imkanı ilə daha uzaq məsafədə olan hədəfləri aşkar edə bilir. Eyni zamanda, aparat ağıllı sistemlə hərəkətdə olan və olmayan hədəfi seçməklə nəzarətdə saxlayır. Pilotun “Vur” düyməsini sıxması ilə hədəfə avtonom dalış edir.
“Qırghı-S” “FPV” tipli drondur, lakin indiki müasir tələblərə uyğun hazırlanmış bu drona “FPV plus” demək olar. Bu drona ağıllı kompüter sistemi qurulub. Bu o deməkdir ki, sifarişə uyğun olaraq dron döyüş növlərini dəyişə bilər. Bu, pilotun işini daha da yüngülləşdirir və dronun döyüş gücünü artırır. Eyni zamanda, aparat idarə olunan gecə-gündüz kamerası ilə təchiz olunub. Bu isə pilotun görmə bucaqlarını daha da genişləndirir.
“RD Smart” şirkətinin nümayəndəsi Bəhruz Bağırov bildirib ki, hazırda sərgiyə 3 dronla qatılıblar.
“ADEX-2026-da isə ən yeni və heç yerdə təqdim olunmamış bir neçə məhsulla iştirak edəcəyik”, – o əlavə edib.
Qeyd edək ki, 30 sentyabr-2 oktyabr 2026-cı il tarixlərində Bakı şəhərində növbəti “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə və “Securex Caspian 2026” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə sərgiləri keçiriləcək.
media-9p4ncdedzcndmszp4lxokzj16kyuar67q1igjzgj_640 media-xojoatinza6og3ivjksbw9ewmjxum36b4qsaboaa_640 media-yt9qgi5sbpnqwlgqvvwhf4pnc8kxguqe4tzswh0o_640
Seçilən
4
5
yenicag.az

6Mənbələr