AZ

Kamran Əliyev: Azərbaycan və Monqolustan prokurorluqları arasında imzalanmış memorandum əlaqələrin inkişafına töhfə verəcək

Azərbaycan və Monqolustan prokurorluqları arasında imzalanmış Anlaşma Memorandumu hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsinə töhfə verəcək.

APA xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.
Kamran Əliyev Monqolustan və Azərbaycanın hüquqi sistemləri ilə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, hər iki ölkədə dövlət idarəetmə sistemində qanunvericilik və hüquqi nəzarət mexanizmləri oxşar prinsiplərə əsaslanır: “Bu oxşarlıq əməkdaşlıq üçün əlavə imkanlar yaradır və biz bu münasibətlərə optimist yanaşırıq”.

Qeyd edək ki, Baş prokuror Kamran Əliyevin dəvəti ilə Azərbaycanda rəsmi səfərdə olan Monqolustanın Baş prokuroru Jarqalsaikxan Banzraqın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Aviasiya Akademiyasında olub.
Monqolustanın Baş prokuroru Jarqalsaikxan Banzraq və Baş prokuror Kamran Əliyev Akademiyanın tədris hissəsinə baş çəkib, trenajor, uçuş simulyatorları, təhsil ocağının texniki təchizatı, tələbələr üçün yaradılan şəraitlə tanış olublar.
Sonra onlar Aviasiya Akademiyasının hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri və müəllim heyəti ilə görüşüblər.
Əlavə edək ki, Monqolustanın Baş prokuroru Jarqalsaikxan Banzraqın rəhbərlik etdiyi nümayəndə heyəti Baş prokuror Kamran Əliyevin dəvəti ilə Azərbaycanda rəsmi səfərdədir.
Səfər çərçivəsində Azərbaycan və Monqolustan prokurorluqları arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Seçilən
34
apa.az

1Mənbələr