AZ

İnstaqramda bir gecədə milyonlarla hesab silindi: Ronaldo, Messi... - SƏBƏB

İnstaqramda ötən gündən etibarən kütləvi şəkillə profillərin silinməsi müşahidə edilib.

Ölkə.Az xəbər verir ki, buna səbəb instaqramın aktiv olmayan, bağlanan, lakin adı qalan profilləri silməsi ilə bağlı olub.

Sözügedən yenilikdən sonra məşhurlardan tutmuş adi istifadəçilərə qədər çox sayda insan izləyicilərinin sayının azaldığını bildirib.

Passiv və bağlı profillərin bağlanması nəticəsində ulduz futbolçu Kristiano Ronaldonun izləyicilərinin sayı 7 milyon azalıb. Hazırda onun izləyici sayı 666 milyondur.

Bot təmizliyi sayəsində həmçinin Lionel Messi 5 milyon, Kayli Cenner 15 milyon, Selena Qomez 6 milyon, Castin Biber 5 milyon izləyici itirib.

Bundan əlavə, instaqramda aparılan təmizlikdən sonra çox sayda səhifələrin də silindiyi bildirilir.

Billurə

Seçilən
52
1
olke.az

2Mənbələr