AZ

Riyaziyyat fənni üzrə nəticələr niyə azalır? EKSPERT DANIŞDI

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Son illər riyaziyyat fənni üzrə nəticələrin aşağı düşməsi ilə bağlı müzakirələr davam edir.

Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri Məleykə Abbaszadə də ölkədə riyaziyyat sahəsində irəliləyişin zəifləməsinə diqqət çəkib.

O bildirib ki, əvvəlki nəslin təcrübəli müəllimlərinin tədricən azalması riyaziyyat üzrə yüksək nəticələrin əldə olunmasını çətinləşdirir.

Gununsesi.info -ya danışan təhsil eksperti Ramin Nurəliyev isə problemin daha dərin səbəblərlə bağlı olduğunu düşünür.

Onun sözlərinə görə, son illər riyazi fənlər üzrə imtahan suallarının çətinlik səviyyəsi xeyli artıb və bu da nəticələrə birbaşa təsir göstərib. Ekspert hesab edir ki, əsas məsələ müəllim çatışmazlığı və ya şagird marağının azalması deyil.

Ramin Nurəliyev qeyd edir ki, nəticələrin aşağı görünməsi şagirdlərin ümumi bilik və bacarıqlarının zəifləməsi anlamına gəlmir. Onun fikrincə, hər hansı fənn üzrə sualların çətin olması həmin fənn üzrə ümumi nəticələrin aşağı düşməsinə səbəb olur.

“Əgər bu gün ingilis dili fənni üzrə nəticələr riyaziyyatdan daha yüksək görünürsə, bu, şagirdlərin ingilis dilini riyaziyyatdan daha yaxşı bilməsi demək deyil. İngilis dili üzrə sualların daha asan, riyaziyyat üzrə isə daha çətin olması bu fərqi yaradır.

Heç kim qəti şəkildə “ingilis dili ümumi təhsil məktəblərində riyaziyyatdan daha yaxşı tədris olunur” və ya “şagirdlər ingilis dilini riyaziyyatdan daha yaxşı bilir” fikrini söyləyə bilməz”.

Mütəxəssis hesab edir ki, riyaziyyatın daha əlçatan və maraqlı şəkildə tədris olunması üçün əlavə həvəsləndirici yanaşmalara ehtiyac var.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
icma.az

1Mənbələr