AZ

Paşinyan Karapetyanı məhkəməyə verir

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanı məhkəməyə verəcəyini deyib.

525.az xəbər verir ki, bu barədə hökumət rəhbəri sosial şəbəkədə yazıb. 

“Əlbəttə ki, mən onu məhkəməyə verəcəyəm və sözün hüquqi mənasında ona bir ton belə göbələk yedizdirəcəyəm. Kobud dil üçün üzr istəyirəm, amma hər şeyin bir həddi var", - Paşinyan bildirib.

Qeyd edək ki, hazırda ev dustaqlığında olan Karapetyan keçirdiyi mətbuat konfransında Paşinyanın parlamentdəki brifinqlərdən və çıxışlardan əvvəl hallüsinasiya yaradan göbələklərdən istifadə etdiyini bildirib.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
525.az

1Mənbələr