Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Paytaxtın ictimai nəqliyyat sistemində köklü dəyişiklik edilib və idarəetmə vahid mərkəzdə cəmləşib. Bu addım şəhərdə sərnişindaşıma xidmətinin keyfiyyətini artırmaq və vahid nəqliyyat siyasətini yürütmək məqsədi daşıyır.Demokrat.az xəbər verir ki, Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili ilə bağlı fərman imzalayıb. Dövlət başçısının qərarına əsasən, "BakuBus" və "Bakı Taksi Xidməti" məhdud məsuliyyətli cəmiyyətləri "Bakı Metropoliteni" QSC-yə birləşdirilib.Bununla da metro, avtobus və dövlət taksi xidməti vahid qurumun tərkibində fəaliyyət göstərəcək. Fərmanla əlaqədar bəzi əvvəlki sərəncamlar ləğv edilib və müvafiq hüquqi aktlarda dəyişikliklər edilib.Qərar paytaxt nəqliyyatında idarəetmənin optimallaşdırılmasına xidmət edir.Yəni, artıq Bakıda metronun idarəçiliyi ilə yanaşı, "BakuBus" avtobusları və bənövşəyi taksilərin fəaliyyətinə də eyni qurum, "Bakı Metropoliteni" nəzarət edəcək.Demokrat.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.