AZ

AFFA rəsmisi Vilnüsə gedəcək

futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində keçiriləcək “Jalgiris” (Litva) – TNS (Uels) oyununun UEFA nümayəndəsi olacaq. Vilnüs şəhərində yerləşən LFF stadionunda təşkil olunacaq görüş sentyabrın 18-də baş tutacaq.

“Jalgiris” – TNS matçını qazaxıstanlı baş hakim Rustam Omarov idarə edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
69
futbolpress.az

1Mənbələr