AZ

Azərbaycan və Ukraynanın biznes dairələri görüşdü

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Ukrayna - Azərbaycan Biznes Şurası çərçivəsində “dəyirmi masa” təşkil olunub.

“Cebheinfo.az” xəbər verir ki, hibrid formatda keçirilən tədbirdə Azərbaycan və Ukrayna işgüzar dairələri arasında əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran sahələr və “B2B” əlaqələrin inkişafı müzakirə olunub.

Tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev, Ukrayna Ticarət və Sənaye Palatası Şurasının üzvü, Beynəlxalq əməkdaşlıq direktoratının direktoru Anna Liubyma, AZPROMO-nun icraçı direktorunun müşaviri Şəbnəm Allahverdiyeva, Ukrayna-Azərbaycan Biznes Şurasının Azərbaycan tərəfindən həmsədri Şahin Yusifov və Ukrayna tərəfindən sədr müavini Cəlal Hüseynov çıxış ediblər.

Çıxışlarda Azərbaycan və Ukrayna sahibkarları arasında birbaşa əlaqələrin qurulmasının, ticarət və investisiya sahəsində yeni imkanların dəyərləndirilməsinin, həmçinin praktik nəticələrə yönəlmiş biznes əməkdaşlığının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, “Bakı KOB evi”ndə xarici nümayəndə heyətləri ilə yerli sahibkarlar arasında belə görüşlərin təşkili artıq ənənəyə çevrilib və bu format sahibkarlar üçün bazar imkanlarını öyrənmək, tərəfdaşlar tapmaq və konkret əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək baxımından faydalı platformadır.

“Dəyirmi masa”da qida sənayesi, logistika və yükdaşımalar, kənd təsərrüfatı, turizm, inşaat və s. kimi sahələr üzrə şirkətlər iştirak ediblər.

Tədbir çərçivəsində Azərbaycan və Ukrayna şirkətlərinin təqdimatları dinlənilib, qarşılıqlı maraq doğuran sahələr üzrə fikir mübadiləsi aparılıb, “B2B” görüşlər keçirilib. 

Nigar

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
74
2
cebheinfo.az

3Mənbələr