Şəmkirdə boru xətti partlayıb ətrafı su basıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Yeniabad kəndində ərazində baş verib. Belə ki, Şəmkir Maşın-Kanal 2-ci pillə nasos stansiyasının 2-ci hidro təzyiq nəticəsində metalın aşınması boruda qəzaya səbəb olub. Nəticədə boruda olan su Nasos stansiyasının həyatınə dolub.
Əraziyə FHN əməkdaşları cəlb edilib. Stansiyaya dolan suyun çıxarılması istiqamətində təxirəsalınmaz işlər görülür. Həmçinin əraziyə adiyyatı qurumların əməkdaşları cəlb edilib.
Tural Əhmədov