AZ

Bölgədə sabitliyi pozmağa çalışan qüvvələr var

Cənubi Qafqaz regionunda müşahidə olunan siyasi gərginlik və qarşılıqlı ittihamlar fonunda ekspertlər tərəfləri daha məsuliyyətli davranmağa çağırırlar. Politoloqlar hesab edir ki, bölgədə sabitliyi pozmağa yönələn bəyanatlar və siyasi manipulyasiyalar əməkdaşlıq mühitinə ciddi zərbə vurur.

“Bölgədə yaranmış gərgin vəziyyət fonunda tərəflərin bir-birinə münasibətdə daha təmkinli davranması və siyasi bəyanatlarda ehtiyatlı olması vacibdir. Regionda baş verən siyasi proseslər müəyyən qüvvələr tərəfindən məqsədli şəkildə manipulyasiya edilməyə çalışılır. Bu isə sabitliyə və əməkdaşlıq mühitinə mənfi təsir göstərir”.


Bu fikirləri politoloq Ülviyyə Zülfüqar News365.az-a açıqlamasında deyib.

Politoloqun sözlərinə görə, bəzi dairələr regionda yenidən qarşıdurma mühiti formalaşdırmağa və gərginliyi artırmağa çalışırlar:

“Azərbaycanın mövqeyinə qarşı müxtəlif siyasi ritorikalar səsləndirilir. Məqsəd isə bölgədə formalaşan əməkdaşlıq və sabitlik mühitinə mane olmaq, yeni qarşıdurma ocaqları yaratmaqdır. Buna görə də həm siyasi aktorlar, həm də ictimaiyyət məsələlərə daha həssas və obyektiv yanaşmalıdır”.

Seçilən
2
news365.az

1Mənbələr