Maqadan vilayətində 8 fəhlənin ölümü ilə bağlı baş mühəndis saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Maqadan vilayətində yerləşən “Kadıkançan” kömür mədənində baş vermiş faciə ilə bağlı istintaq davam edir.
Dağıntılar altında 8 fəhlənin həlak olması ilə nəticələnən hadisədən sonra mədənin baş mühəndisi saxlanılıb.
Məlumata görə, qəzaya torpağın çökməsi səbəb olub və nəticədə 80 min kubmetrdən çox süxur sürüşüb.
Axtarış-xilasetmə və dağıntıların təmizlənməsi işləri 4 gün davam edib.
Hazırda istintaq orqanları saxlanılan baş mühəndisə qarşı rəsmi ittiham irəli sürülməsi və onun barəsində qətimkan tədbirinin seçilməsi məsələsini həll edir.
Xuraman Etibarlı
İnterpress.az