AZ

Kartdan karta ödənişləri dövlət necə görür?

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“Azərbaycanda "Card to card" dövriyyəsi inanılmaz dərəcədə böyükdür”.

Bizimyol.info xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Bankın İdarə Heyətinin faiz dəhlizi parametrləri barədə qərarına həsr olunmuş mətbuat konfransında deyib.

Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında bildirib ki, “Azərbaycanda "Card to card" dövriyyəsi inanılmaz dərəcədə böyükdür”.

O qeyd edib ki, bəzən gün ərzində bir şəxsin hesabına 10, 50, 100, 200 manat olmaqla müxtəlif kartlardan mədaxillər olur:

Bank bunu təhlil eləyəndə bəzən şübhələnir, əməliyyatlar barədə məlumatları qanuna əsasən Maliyyə Monitorinqi Xidmətinə göndərir. Xidmət özü də təhlil eləyib bu qənaətə gəlsə ki, burada vergidən yayınma halı var, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat verir".

“Card to card” əməliyyatlarının bu qədər geniş yayılmasının əsas səbəbi nədir? Hansı hallarda bank əməliyyatı “şübhəli” hesab edir?

Akif Nəsirli

Bu barədə Bizimyol.info xəbər portalına Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bank şübhəli hallarda Maliyyə Monitorinqi Xidmətinə məlumat ötürür: “Mərkəzi Bankın sədri Taleh Kazımovun açıqlamasına əsasən, Azərbaycanda kartdan karta əməliyyatlarının həcmi son dərəcə yüksəkdir.

Bir şəxsin hesabına gün ərzində müxtəlif kartlardan kiçik məbləğli köçürmələr daxil olduqda, bank bu əməliyyatları avtomatik olaraq izləyir. Şübhəli hallarda Maliyyə Monitorinqi Xidmətinə məlumat ötürür. Xidmət öz növbəsində əməliyyatları təhlil edir və vergidən yayınma ehtimalı aşkar etdiyi təqdirdə məsələni Dövlət Vergi Xidmətinə çatdırır.

Beləliklə, kart vasitəsilə aparılan qeyri-rəsmi ödənişlər artıq dövlətin nəzarət radarından kənarda qalmır”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
bizimyol.info

1Mənbələr