AZ

Polşada 4500 illik gəmilərdə spirt izləri tapıldı

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Varşava Universitetinin alimləri Polandın şimal-şərqində tapılmış təxminən 4500 illik keramika qablarında qədim spirtli içki izləri aşkarlayıblar.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri Archaeometry jurnalında dərc olunub.

Tədqiqat zamanı araşdırılan 13 qabın əksəriyyətində fermentasiya olunmuş içkilərin saxlanıldığı müəyyən edilib. Alimlər bu içkilərin qədim pivəyə və ya müxtəlif tərkibli spirtli qarışıqlara bənzədiyini bildiriblər.

Kimyəvi analizlər zamanı süd, sirkə və levulin turşuları, həmçinin maya və bakteriya fəaliyyətinə xas maddələr aşkar olunub. Bəzi nümunələrdə taxıl məhsulları ilə əlaqəli birləşmələrə də rast gəlinib.

Alimlərin sözlərinə görə, qablar qədim Avropada geniş yayılmış “zəng formalı kuboklar mədəniyyəti”nə aid olub və ehtimal ki, dini mərasimlərdə, dəfnlərdə və kollektiv toplantılarda istifadə edilib.

Tədqiqatçılar qeyd ediblər ki, həmin dövrdə müasir Polşanın bu ərazisi əkinçilik mərkəzi olmayıb. Bu isə içkilərin hazırlanması üçün lazım olan məhsulların başqa bölgələrdən ticarət yolu ilə gətirildiyini göstərir.

Araşdırmaya görə, qədim içki müasir pivədən fərqli olaraq fermentləşdirilmiş taxıl, meyvə, ot və müxtəlif qatışıqlardan ibarət mürəkkəb tərkibli içki olub.

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
redaktor.az

2Mənbələr