ain.az, Turkstan.az portalına istinadən məlumat verir.
ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü bildirib ki, “Təyyarə planlaşdırılmış qrafikə uyğun olaraq bu yay təhvil veriləcək”.
Turkustan.az xəbər verir ki, Pentaqona yaxın mənbələrin məlumatına görə, texniki yenilənmələr və uçuş sınaqları artıq tamamlanıb, hazırda isə təyyarənin xarici hissəsinin rənglənməsi işləri aparılır.
Təxminən 400 milyon dollar dəyərində olan və Qatar hökuməti tərəfindən 2025-ci ildə Ağ Evə təqdim edilən 13 illik Boeing 747 modelinin prezident standartlarına uyğunlaşdırılması üçün genişmiqyaslı modernizasiya prosesindən keçdiyi bildirilir.
ABŞ müdafiə dairələrində aparılan qiymətləndirmələrə əsasən, layihə çərçivəsində təhlükəsizlik infrastrukturunun gücləndirilməsi, elektron casusluq risklərinə qarşı rabitə sistemlərinin yenidən qurulması və mümkün raket hücumlarına qarşı müdafiə sistemlərinin inteqrasiyası əsas prioritetlər sırasındadır.
Aytən Yaşar/ Turkustan.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.