AZ

Çelsi Delapın yerinə bu hücumçunu almaq istəyir

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Bu mövsüm qeyri-qənaətbəxş çıxışla azarkeşlərini məyus edən "Çelsi" hücumçusu Liam Delapla əməkdaşlığa son qoymağı planlaşdırır.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, London təmsilçisi hücum xəttinə yeni oyunçu cəlb etmək üçün fəaliyyətə başlayıb.

Ümidləri doğrultmayan Liamı satmaq qərarını qətiləşdirən "zadəganlar" onun yerinə PSJ-nin forvardı Qonsalu Ramuşu almaq istəyirlər.

Delap 2025-ci ilin yayında "Çelsi"yə keçib. Cari "futbol ili"ndə "göylər"in heyətində bütün turnirlərdə 38 matça çıxan ingilis futbolçu 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.

Ramuş 2024-cü ildən PSJ-nin uğurları üçün çalışır.

Toğrul

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
4
fanat.az

5Mənbələr