AZ

Dabanlarına limon çəkənlər bu problemdən xilas olurlar

Dabanlarda sərtləşmə, çatlama və quruluq problemi yaşayanlar arasında limondan istifadə son vaxtlar geniş yayılıb. Bir çox insan müntəzəm tətbiqdən sonra daban dərisinin daha yumşaq və hamar olduğunu bildirir.

E-saglam.az  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, limonun tərkibindəki təbii turşular ölü dərinin yumşalmasına kömək edə bilər. Bu isə zamanla qalınlaşan və sərtləşən daban dərisinin daha asan təmizlənməsinə şərait yaradır. Xüsusilə gün ərzində uzun müddət ayaqüstə qalan və ya bağlı ayaqqabı geyinən insanlarda bu problem daha çox müşahidə olunur.

Tətbiq üsulu olduqca sadədir. Limon iki hissəyə bölünür və birbaşa daban nahiyəsinə sürtülür. Bəzi insanlar isə limon çəkdikdən sonra corab geyinərək bir neçə saat gözləməyi üstün tutur. Bunun limonun təsirini artırdığı düşünülür.

Bununla belə, mütəxəssislər ehtiyatlı olmağı tövsiyə edirlər. Açıq yara, dərin çat və ya həssas dəri problemi olan şəxslərin bu üsulu tətbiq etməzdən əvvəl diqqətli olmaları vacibdir.

Mütəxəssislər vurğulayırlar ki, ev şəraitində tətbiq olunan bu cür üsullar bəzi hallarda faydalı olsa da, problem davamlı və ciddi xarakter daşıyırsa, mütləq həkim məsləhəti alınmalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
15
e-saglam.az

1Mənbələr