AZ

Tanınmış kardioloq Mərkəzi Klinikadan ayrıldı Səbəb

ain.az bildirir, Medicina portalına istinadən.

İnvaziv kardioloq, Mərkəzi Klinika Gəncə xəstəxanasının kardiologiya şöbəsinin rəhbəri Musa Qəhrəmanov 19 ildir çalışdığı xəstəxanadan ayrılıb.

Medicina.az xəbər verir ki, o rəsmi olaraq, Mərkəzi klinikadakı işindən çıxdığını açıqlayıb.

“Bu gün rəsmi olaraq, düz 19 ilimi həsr etdiyim Mərkəzi Klinikadakı, 16 ilimi keçirdiyim Mərkəzi Klinika Gəncə Xəstəxanasındakı fəaliyyətimi sonlandırdım.

İş müddətdə dostluğunu və səmimiyyətini əsirgəməyən hər kəsin mənim üçün yeri ayrıdır. Təbii ki, bu uzun yolda mənə 'insan'ın hər üzünü göstərən, sədaqəti də, xəyanəti də öyrədən hər kəsə minnətdaram. Hər kəs öz xarakterinə yaraşanı yaşatdı, mən isə yoluma qazandığım gözəl dostlarla davam edirəm. Bəzilərini isə keçmişdə və öz xırda dünyalarında qoyub yeni bir səhifə açıram, onlara isə sadəcə 'əlvida'.

Yeni hədəflərə doğru...”

Aygün Musayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
icma.az

2Mənbələr