Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Rəsmi İslamabad ABŞ və İranın tezliklə münaqişəyə son qoymaq üzrə razılığa gələ biləcəyinə ümid edir”.
Teleqraf xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Əndrabi deyib.
“Nikbinliyimizi saxlayırıq. Sadə cavab budur ki, mümkün qədər tez razılaşma gözləyirik”, - o, Vaşinqton və Tehran arasında nə vaxt razılaşma gözlənilə biləcəyi ilə bağlı suala cavab olaraq bildirib
Əndrabi vurğulayıb ki, Pakistan tərəflərin regionda və bütün dünyada sülhə gətirib çıxaracaq davamlı həll yoluna çata biləcəyinə ümid edir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.