AZ

Hicran Nəsirova: Yaradıcılığıma göstərilən bu etimada görə ölkə başçısına minnətdaram

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmək mənim üçün böyük qürur və məsuliyyətdir. Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev hər zaman mədəniyyətə, incəsənət xadimlərinə xüsusi diqqət və qayğı göstərib. Bu diqqət sənət adamlarını daha da ruhlandırır.

Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar artist Hicran Nəsirova deyib.

Səhhətində yaranan problemlər səbəbilə bir müddət film və tamaşalarda rol ala bilmədiyini diqqətə çatdıran aktrisa deyib: “Tamaşaçılarım üçün çox darıxmışam. Ümid edirəm ki, yenidən səhnədə və ekran qarşısında onlarla görüşəcəyəm. Yaradıcılığıma göstərilən bu etimada görə ölkə başçısına minnətdaram”.

Müxbir – Fidan Əlizadə

Seçilən
26
6
azertag.az

7Mənbələr