AZ

AzTU nümayəndə heyəti İtaliyada Avropa Universitetləri Sammitində iştirak edir

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 7 may, AZƏRTAC

İtaliyanın Milan şəhərində “Times Higher Education” reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən Avropa Universitetləri Sammitində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) rəhbərliyi və Azərbaycanın nüfuzlu ali təhsil müəssisələrinin nümayəndələri iştirak edir.

Sammitdə Azərbaycan Texniki Universitetini (AzTU) rektor Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib.

Tədbir çərçivəsində təşkil olunan ölkə pavilyonunda AzTU xüsusi stendlə təmsil olunur.

Universitetin stendində AzTU-da həyata keçirilən müasir təhsil proqramları, beynəlxalq əməkdaşlıq imkanları, elmi-tədqiqat fəaliyyəti, innovasiya və mühəndislik istiqamətində icra olunan layihələr barədə iştirakçılara ətraflı məlumat təqdim edilir.

Avropa Universitetləri Sammiti ali təhsil sahəsində beynəlxalq əməkdaşlığın inkişafı, universitetlərarası əlaqələrin genişləndirilməsi, eləcə də təcrübə və innovativ yanaşmaların paylaşılması baxımından mühüm platforma hesab olunur.

AzTU-nun beynəlxalq sammitdə iştirakı universitetin qlobal akademik mühitdə tanıdılması, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və beynəlxalq reytinqlərdə mövqeyinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
azertag.az

1Mənbələr