AZ

Boşanmış kişinin qəfil vəfatı KABUSA ÇEVRİLDİ: Daşqın binanı BÜRÜDÜ – VİDEO

Vladivostokda boşanmış kişinin ürəktutması nəticəsində dünyasını dəyişməsi mənzili su altında qoyub.

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Rusiyanın Vladivostok şəhərində faciəvi və bir o qədər də qəmli bir hadisə yaşanıb. Həyat yoldaşı tərəfindən tərk edildikdən sonra tənha yaşayan bir kişi keçirdiyi stress fonunda infarkt keçirərək vəfat edib.

Kişinin vəfatı ilə bərabər evində su borusunun partlaması qonşuların həyatını 5 gün boyu cəhənnəmə çevirib.

Sakinlər sızmanın və pis qoxunun qarşısını ala bilmədikdən sonra xilasetmə xidməti və polis əməkdaşlarına müraciət ediblər.

Qapı sındırıldıqdan sonra mərhumun cəsədi aşkarlanıb. Evdəki xarabalıqların arasında isə 5 gündür aclıq çəkən və əzazıl miyovultusu ilə diqqəti cəlb edən ev pişiyi tapılıb.

Qonşuların sözlərinə görə, mərhumun xanımı tərəfindən tərk edilməsi onda ciddi psixoloji sarsıntıya səbəb olub və o, uzun müddətdir tənha yaşayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
26
interpress.az

1Mənbələr