AZ

Anar Heybətov: Prezident mükafatı yaradıcılığıma böyük stimul verir

Bakı, 7 may, AZƏRTAC

Prezident mükafatına layiq görülmək mənim üçün böyük qürur və məsuliyyətdir. Bu yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlığımı bildirirəm. Bu mükafatı artıq bir neçə ildir alıram və bu, mənə yaradıcılıq yolunda daha böyük stimul verir. Sənət adamlarına göstərilən bu etimad Azərbaycan mədəniyyətinə verilən yüksək dəyərin göstəricisidir.

Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar artist Anar Heybətov bildirib.

Gələcək layihələri barədə məlumat verən aktyor deyib: “Hazırda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Vilyam Şekspirin əsəri əsasında hazırlanan “Kral Lir” tamaşasının premyerasına ciddi şəkildə hazırlaşırıq. Mən hersoq Kornuollun obrazını canlandıracağam. Səhnə əsəri mayın 12, 13 və 14-də teatrsevərlərə təqdim olunacaq. İnanıram ki, tamaşaçıların marağına səbəb olacaq və onların rəğbətini qazanacaq. Prezident mükafatına layiq görülən bütün sənət dostlarımı da ürəkdən təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayıram. İnanıram ki, biz hər zaman milli teatr və mədəniyyətimizin inkişafı naminə əzmlə çalışacağıq”.

 

Seçilən
17
azertag.az

1Mənbələr