AZ

Rubio Vatikanda Roma Papası ilə görüşüb

ABŞ Dövlət katibi Marko Rubio Vatikanda Roma Papası XIV Leo ilə görüşüb.

APA xəbər verir ki
, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Qeyd edilib ki, görüşdə ABŞ ilə Vatikan arasındakı güclü münasibətlər, sülhün və insan ləyaqətinin təşviqinə ortaq öhdəlikləri vurğulanıb.

Vatikanın açıqlamasında isə danışıqlar zamanı regional və beynəlxalq vəziyyətlə bağlı fikir mübadiləsinin aparıldığı bildirilib.

Qeyd edək ki, İranın ABŞ və İsraillə müharibəsi zamanı Roma Papası XIV Leo münaqişəyə son qoyulmasını tələb edib.

O, ABŞ Prezidenti Donald Trampın "İranda bir sivilizasiyanın məhv ediləcəyi" ilə bağlı təhdidini "qəbuledilməz" adlandırıb.

Tramp isə Papa XIV Leonun "xarici siyasətdə zəif" olduğunu bildirib.

Bundan sonra İtaliya-ABŞ münasibətlərində soyuqluq yaranıb.

Seçilən
23
6
apa.az

10Mənbələr