AZ

Qaxda hasar uçdu: şəhər və 4 kəndin qazı kəsildi FOTO

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Mayın 7-də günün ikinci yarsından sonra Qax şəhəri ərazisindən keçən qaz xəttinin üzərinə daş divarın uçması mütəxəssisləri bu qərarı vermək məcburiyyətində qoyub.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qax şəhəri, Vidadi küçəsində D108 mm-lik orta təzyiqli qaz xəttinin üzərinə daş divarın aşması nəticəsində Qax şəhərinin bir hissəsi, eləcə də Qaxingiloy, Qaxbaş, Ağçay və İlisu kəndlərində qazın verilişində fasilə yaranıb.

 

Hadisə yerinə dərhal aidiyyəti qurumların əməkdaşları cəlb olunaraq daş divarın qalıqları ərazidən təmizlənib.

Eyni zamanda təhlükəsizlik məqsədi ilə boru xəttində sızmanın baş verib vermədiyini dəqiqləşdirmək üçün iş aparılır.Hazırda ərazidə işlər davam etdirilir. Tədbirlər başa çatan kimi mavi yanacağın verilməsi bərpa olunacaq.Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
2
bizim.media

3Mənbələr