Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ-ın "OpenAI" startapı ChatGPT-nin pulsuz istifadəçiləri üçün standart seçim olacaq yeni bazis modeli — GPT‑5.5 Instant-ı elan etdi.
Ölkə.Az xəbər verir ki, bu barədə şirkətin saytındakı rəsmi press-relizdə bildirilib.
Yeni model mart ayında işıq üzü görmüş GPT‑5.3 Instant versiyasını əvəz edəcək. Köhnə versiya isə ödənişli abunəçilər üçün daha üç ay ərzində əlçatan qalacaq.
Şirkətdən bildiriblər ki, yeni model daha "ağıllı, anlaşılan və fərdiləşdirilmiş" olub. Daxili testlərin nəticələrinə görə, GPT‑5.5 Instant tibb, hüquq və maliyyə sahələrində 52,5% daha az yalan bəyanat verir, qeyri-dəqiqliklərin sayı isə 37,3% azalıb.
Riyazi bilikləri ölçən AIME 2025 testində yeni model sələfinin 65,4 ballıq nəticəsinə qarşı 81,2 bal toplayıb. Multimodal təfəkkür testi olan MMMU‑Pro-da isə GPT‑5.5 Instant 76 bal toplayaraq əvvəlki versiyanı (69,2 bal) geridə qoyub.
Bundan əlavə, yenilənmiş ChatGPT-də artıq bütün modellər üçün yaddaş mənbələri (sources of memory) əks olunacaq. Bu, istifadəçilərə cavabların haradan qaynaqlandığını daha yaxşı anlamağa imkan verəcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.