AZ

HƏMAS liderinin dördünü oğlu da öldürüldü – İsraildən növbəti zərbə

İsrail ordusu Qəzzada HƏMAS rəhbərlərindən biri olan Xəlil əl-Həyyanın oğlu Azzam əl-Həyyaya qarşı zərbə endirib.

Musavat.com xəbər verir ki, bu barədə İsrail hərbi mənbələri məlumat yayıb.

Məlumata görə, əməliyyat nəticəsində Azzam əl-Həyyə həlak olub. Bununla da Xəlil əl-Həyyanın son illərdə İsrail əməliyyatları zamanı öldürülən oğullarının sayı dördə çatıb.

Xəlil əl-Həyyə HƏMAS-ın əsas siyasi liderlərindən biri hesab olunur və təşkilatın rəhbərliyində mühüm fiqurlardan sayılır.

Musavat.com

Seçilən
25
1
musavat.com

2Mənbələr