AZ

Valeri Zalujnı: “Cəbhədə təşəbbüs Rusiyaya məxsusdur”

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri işləyən Valeri Zalujnı Rusiya Silahlı Qüvvələrinin cəbhə xəttindəki vəziyyətə tam nəzarət etdiyini etiraf edib.

Herbiand.az xəbər verir ki, keçmiş baş komandan bu fikirləri Ukrayna mediasına verdiyi müsahibədə bildirib.

Zalujnı qeyd edib ki, Ukrayna döyüş meydanında təşəbbüsü Rusiyaya verib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Rusiya qoşunlarının hərəkətlərinə qarşı çıxmaq üçün etdiyi hər hansı bir cəhd böyük itkilərə səbəb olub. Bundan əlavə, səfir hərbi münaqişəyə son qoyulmasını getdikcə çətin hesab edir.

Keçmiş hərbçi həmçinin, Ukraynanın daxili problemlərinə diqqət çəkərək bildirib ki, səfərbərlik məsələləri və onların həyata keçirilməsi üçün istifadə edilən qəddar metodlar cəmiyyətlə hakimiyyət arasında gərginliyin əsas səbəblərindən birinə çevrilir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
38
herbiand.az

1Mənbələr