Rusiyada döyüş təyyarəsi istehsalında faktiki inhisara sahib olan “Rostex” dövlət korporasiyası Rusiya-Ukrayna müharibəsinin başlanğıcından bəri döyüş təyyarəsi istehsalını ikiqat artırıb.
Herbiand.az bildirir ki, “Rostex”-in baş direktoru Sergey Çemezov bunu Rusiya prezidenti Vladimir Putinlə görüşdə açıqlayıb.
O, bildirib ki, döyüş təyyarəsi istehsalı 2022-ci ildən bəri ikiqat artıb.
Baş direktor əlavə edib ki, ötən il Rusiya dövlət korporasiyası "Məhsul 177" adlandırılan yeni mühərriklə Su-57 qırıcısının uçuş sınaqlarına başlayıb.
Bəxtiyar CƏFƏRLİ