AZ

Pakistanda bazara minaatan mərmisi düşüb. 6 nəfər həlak olub » AzadMedia.az

Pakistanda

Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətində minaatan mərmisinin bazara düşməsi nəticəsində azı 6 nəfər, o cümlədən iki uşaq həyatını itirib. Hadisə Hanqu dairəsinin Tall bölgəsində baş verib.

Məlumata görə, partlayış nəticəsində daha 13 nəfər yaralanıb. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir. Yerli polis nümayəndəsi Tariq Həbib ölənlərin sayının arta biləcəyini qeyd edib.

Hadisədən sonra təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb, xilasedicilər isə yaralıları yaxınlıqdakı xəstəxanalara çatdırıblar. Rəsmilər bölgədə əlavə təhlükəsizlik tədbirlərinin görüldüyünü açıqlayıblar.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Seçilən
29
1
azadmedia.az

2Mənbələr