AZ

İlon Mask rekord məbləğdə vergi ödədi

"SpeysX" şirkətinin qurucusu İlon Mask bir il ərzində 10 milyard dollar vergi ödədiyini açıqlayıb...

Poliqon axar.az-a istinadən bildirir ki, bu barədə o, X sosial şəbəkəsində paylaşım edib.

"Mən bir il ərzində 10 milyard dollar vergi ödəmişəm, tarixdə mənim qədər çox vergi verən olmayıb",- deyə Mask bildirib.

Maskın sözlərinə görə, o vəfat etdikdən sonra əmlaka görə əlavə 40 faiz həcmində daha bir vergi tutulacaq.

Milyarder hesab edir ki, ümumilikdə trilyonlarla dollar vergi ödənilməli olacaq.

Poliqon.info

Seçilən
13
2
poliqon.info

3Mənbələr