Medicina portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Hindistanda 27 yaşlı bir kişinin başında bıçaq soxulmuş vəziyyətdə xəstəxanaya getməsi xəbər başlıqlarına çıxdı. Üç nəfərin hücumuna məruz qaldığı bildirilən kişi, başındakı bıçağa baxmayaraq huşunu itirməmişdi və xəstəxana dəhlizlərində gəzərkən telefonuna baxdığı anları kameraya çəkilib.
Medicina.az xəbər verir ki, Hindistan mediasının məlumatına görə, hadisə 2 may gecəsi toyuq dükanının yaxınlığında baş verib.
Məlumata görə, hücum edənlərdən biri kişinin başına bıçaqla zərbə endirib, digər ikisi isə ona yumruq və təpiklərlə hücum edib. Ağır xəsarətlərə baxmayaraq, kişi huşunu itirməyib və dostunun motosikleti ilə Mumbaydakı Sion Xəstəxanasına aparılıb.
Sosial mediada yayılan görüntülərdə kişinin xəstəxanada bıçaq hələ də başının sol tərəfində qalmış vəziyyətdə gəzdiyi görünür.
Xəstəxanada onu müalicə edən həkimlərdən birinin onun sağ qalmasını "möcüzə" hesab etdiyi bildirilib. Həkimlər bildiriblər ki, bıçaq onun kəlləsinə təxminən 3 santimetr nüfuz edib, lakin həyati əhəmiyyətli beyin nahiyələrinə zərər verməyib. Buna görə də kişi danışmaq və ya hərəkət etmək qabiliyyətini itirməyib.
Gənc kişinin əməliyyat olunduğu və sağlamlıq vəziyyətinin yaxşı olduğu öyrənilib.
Polis qrupları hücumla əlaqəli olduğu güman edilən üç şübhəlinin nəzarətə alındığını açıqlayıb.
Aygün
Medicina.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.