Axşam saatlarında Rusiya qoşunları Zaporojyeyə pilotsuz təyyarə ilə hücum edib. Nəticədə bir yeniyetmə də daxil olmaqla dörd nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, xəbər verir ki, bu barədə Zaporojye OVA-nın rəhbəri İvan Fedorov Telegram -da məlumat verib .
"Rusiyanın pilotsuz təyyarəsi şəhərin rayonlarından birində partladı. Avtomobillərə ziyan dəydi", - deyə o qeyd edib.
Hücum nəticəsində dörd nəfər yaralanıb - 44 və 38 yaşlı kişilər, 40 yaşlı qadın və 15 yaşlı oğlan.
Aytən Yaşar/ Turkustan.az