AZ

Paris Prokurorluğu İlon Maskı hədəfəALDI

Paris Prokurorluğu amerikalı sahibkar İlon Mask və ona məxsus olan "X" sosial şəbəkəsi barəsində ilkin istintaqa başlayıb.

Redaktor.az "Le Monde" qəzetinə istinadən xəbər verir.

Mayın 6-da start verilən bu araşdırma həm "X"in ana şirkətini, həm İlon Maskın özünü, həm də sosial şəbəkənin 2025-ci ilin yayına qədərki baş direktoru Linda Yakkarinonu əhatə edir.

Məlumata görə, hüquqi prosesin başlanmasına səbəb olan əsas amillərdən biri İlon Maskın aprelin 20-də Fransa prokurorluğuna dindirilmə üçün çağırılmasına baxmayaraq, istintaqa gəlməməsidir. Maskın bu hərəkəti rəsmi qurumlar tərəfindən qanuna tabesizlik kimi qiymətləndirilib.

Xatırladaq ki, Fransa ötən ilin dekabrında "X" sosial şəbəkəsini 120 milyon avro məbləğində cərimələmişdi. Fransanın xarici işlər naziri Jan-Noel Barro həmin vaxt bu sanksiyanın "yalnız bir başlanğıc" olduğunu bildirmişdi. Rəsmi Paris bu addımlarını Avropa İttifaqının 2023-cü ilin avqustunda qüvvəyə minmiş "Rəqəmsal Xidmətlər Haqqında Qanun"unun (DSA) pozulması ilə əsaslandırır. Ekspertlər hesab edirlər ki, prokurorluğun başlatdığı bu son araşdırma sosial şəbəkənin Avropadakı fəaliyyəti üçün daha ciddi maliyyə və hüquqi nəticələrə yol aça bilər.

Xədicə BAXIŞLI

Seçilən
0
1
redaktor.az

2Mənbələr