AZ

​“Asiya qarışqası” ABŞ-ni “işğal etdi”

ABŞ-də mənşəyi Çinə aid olan təhlükəli “Asiya qarışqası”nın sürətlə yayılması narahatlıq yaradıb. Xarici KİV-in yaydığı məlumata görə, zəhərli hesab edilən bu qarışqa növü artıq ölkənin ən azı 20 ştatında aşkarlanıb. Metbuat.az xəbər verir ki, mütəxəssislər əhaliyə xəbərdarlıq edib. Onlar bildiriblər ki, “Asiya qarışqası”nın sancması insanlarda güclü ağrı və ciddi allergik reaksiyalar yarada bilər. Hətta bunun həyati təhlükəyə səbəb ola biləcəyi istisna olunmur. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, qarışqanın sancdığı nahiyədə uzun müddət şiddətli ağrılar müşahidə olunur. Məlumata görə, bu invaziv növ ABŞ-də ilk dəfə 90 il əvvəl qeydə alınsa da, son illər populyasiyası sürətlə artmağa başlayıb. Qarışqalar əsasən rütubətli ərazilərdə, çürümüş ağac gövdələrində, daşların altında, eləcə də bağ və tikinti sahələrində gizlənirlər. Son olaraq onların Texas ştatında aşkarlandığı bildirilib.

Rice Universitetinin biologiya üzrə dosenti Skott Eqan bildirib ki, yeni yayılmağa başlayan bu qarışqa növü ilə bağlı daha geniş araşdırmalara ehtiyac var. Onun sözlərinə görə, təhlükənin miqyasını anlamaq üçün bu növlə bağlı əlavə məlumatların toplanması vacibdir.

Seçilən
39
metbuat.az

1Mənbələr