AZ

Sürücülərə XƏBƏRDARLIQ - Bu yolda 40 manat cərimələnə bilərsiniz

Avtobus zolağına daxil olmaq olar? Orta zolaqlardan da sağa dönmək mümkündür?

Far.Az xəbər verir ki, Bakıda bəzi yollarda çəkilən yeni xətlənmə nişanları sürücülərdə çaşqınlıq yaradıb.

Bu cür nişanlanma xətləri ilə ilk dəfə qarşılaşdıqlarını deyən sürücülər bunun nə ifadə etdiyini bilmədiklərini dedilər.

Bəzi sürücülər isə çaşqınlığın təcrübəsizlikdən irəli gəldiyini bildirirlər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər TV"ə bildirildi ki, bunlar "1.11" nişanlanlanma xətləridir və bir çox yollarda istifadə olunur. Bu xətlər ikinci zolaqla hərəkət edən nəqliyyat vasitələrinə sağa dönmək üçün sağ zolağa keçməyə icazə verir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən də məlumat verildi ki, sağa dönmək üçün 1.11 nişanlama xəttindən sağ zolağa keçid edilməlidir. Nəqliyyat vasitələri zolaqlar üzrə hərəkət zamanı məcburedici düzünə nişanın tələbini pozaraq sağa döndüyü halda 40 manat məbləğində cərimə tətbiq edilir.

Seçilən
14
far.az

1Mənbələr