AZ

WSJ: Səudiyyə Ərəbistanı və Küveyt öz bazalarına ABŞ hərbçilərinin girişini bərpa edib

Səudiyyə Ərəbistanı ilə Küveyt ABŞ hərbçilərinin onların bazalarından, hava məkanından istifadəsinə qoyulmuş və ABŞ-nin Hörmüz boğazının açılması üzrə əməliyyatı başladıqdan sonra tətbiq edilmiş məhdudiyyətləri aradan qaldırıb.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ və Səudiyyə Ərəbistanının rəsmi şəxslərinə istinadən "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Nəşr qeyd edib ki, bu qərarlar ABŞ-yə yaxın günlərdə "Azadlıq Layihəsi"ni bərpa etmək imkanı açır.

ABŞ rəsmilərinin sözlərinə görə, ölkə Prezidenti Donald Trampın administrasiyası bu həftə dayandırılan ticarət gəmilərinin hərbi dəniz və hava dəstəyi vasitəsilə müşayiət edilməsi əməliyyatını bərpa etmək niyyətindədir. Pentaqon nümayəndələri bunun elə bu həftə baş verə biləcəyini bəyan etsələr də, nə vaxt baş verə biləcəyi hələlik aydın deyil.

Seçilən
5
4
far.az

6Mənbələr