AZ

Partiya üzvlərinin arxiv sənədləri açıldı

Almaniyada nasist partiyası – NSDAP üzvlərinə aid sənədlərin ictimailəşdirilməsi ölkədə geniş müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, bir çox alman həmin bazada öz qohumlarının adına rast gəlib və ailə tarixini yenidən araşdırmağa başlayıb. Bəziləri üçün bu faktlar şok effekti yaradıb, digərləri isə yeni heç nə öyrənmədiklərini bildiriblər.

Tarixçilər vurğulayırlar ki, nasist partiyasına üzv olmaq təsadüfi addım deyildi və bu, milli-sosializm ideologiyasına şüurlu dəstək anlamına gəlirdi.

Qeyd olunur ki, İkinci Dünya müharibəsinin bitməsindən 80 il keçməsinə baxmayaraq, Almaniyada keçmişlə bağlı müzakirələr hələ də ağrılı mövzu olaraq qalır.

 

Musavat.com

Seçilən
37
musavat.com

1Mənbələr